Volqoqrad vilayətində həbsxanada iğtişaş BAŞ VERDİ
Rusiyanın Volqoqrad vilayətində həbsxanada iğtişaş baş verib.
Redaktor.az xəbər verir ki, Rusiya mətbuatında yer alan xəbərlərə görə, bəzi məhbuslar Volqoqrad vilayətindəki həbsxanada üsyan ediblər.
Qiyamın intizam komissiyasının iclası zamanı başladığı, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Sosial şəbəkələrdə həbsxana rəisinin və bəzi zabitlərin girov götürüldüyü, bəzi zabitlərin məhbuslar tərəfindən öldürüldüyünü əks etdirən görüntülər paylaşılıb.
Qiyamı terror təşkilatı İŞİD üzvlərinin törətdiyi iddia edilir.
Seymur BƏNNAYEV