Moskva və Kiyev arasında əsir mübadiləsi OLDU

Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib.