İlon Mask Pavel Durovu azadlığa buraxmağa ÇAĞIRIB

Amerikalı iş adamı, "X" sosial şəbəkəsinin sahibi İlon Mask “FreePavel” həştəqi ilə bir gün əvvəl Fransada saxlanılan teleqram messencerinin təsisçisi Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.
Redaktor.az-ın məlumatına görə, bu barədə Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durov Le-Burje hava limanında (Fransa) saxlanılmışdı. Yerli mətbuatın yazdığına görə, Fransa vətəndaşlığı olan Durovun adı ölkədə axtarışa verilənlər siyahısında olub. Məlumata görə, Fransa hüquq-mühafizə orqanları Durovu bir sıra səbəblərə görə, o cümlədən teleqramın ölkə hakimiyyəti ilə əməkdaşlıqdan imtinasına görə cinayətlərdə iştirak etdiyini hesab edir.