BMT İsrail və “Hizbullah”a çağırış ETDİ

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi “Hizbullah” və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat qüvvələrin saytında dərc olunub.
“BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”, - bəyanatda deyilir.
Təşkilat vurğulayıb ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.