Sərhəddə divar tikintisinə qarşıyıq

 11:04 26.08.2024     188

Meksika prezidenti Andres Manuel Lopez Obrador sərhəddə divar tikintisinə qarşı olduqlarını bildirib.

Redaktor.az xəbər verir ki, o, ABŞ prezidentliyinə namizəd Donald Trampın divar tikintisi fikrini tənqid edib.

Obrador Meksikanın azad ölkə olduğunu və sərhəddə divar tikilməsini istəmədiklərini bildirib:

"Biz divar tikilməsini, sərhədin əsgərlərlə dolmasını və vətəndaşlarımızın pis rəftar edilməsini istəmirik. Unutmayın ki, Meksika azad, müstəqil dövlətdir. Biz heç bir xarici ölkənin müstəmləkəsi deyilik”.

Meksikalı mühacirlərin ölkə iqtisadiyyatına hər il orta hesabla 65 milyard dollar qatqı təmin etdiyini xatırladan Obrador, onları müdafiə edəcəklərini bildirib.

Xatırladaq ki, oktyabrın 1-də Obrador prezidentliyi iyunun 2-də Meksikada keçirilən seçkilərdə qalib gələn Klaudiya Şeynbauma ötürəcək. 

Türkan İSGƏNDƏRLİ