Harrislə müzakirə aparmağın mənası yoxdur

 11:43 26.08.2024     207

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Demokratlar Partiyasından ən yüksək hökumət vəzifəsinə namizəd olan vitse-prezident Kamala Harrislə ABC News telekanalında debatda iştirak etməkdə heç bir məna görmür.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkəsində yazıb.

Keçmiş ABŞ prezidenti bildirib ki, o, efirdə “Tramp nifrətçiləri"ni görmək istəmir. Bundan əlavə, o, Harrisin bəzi digər media orqanlarının, xüsusən də Fox News, NBC, CBS və CNN tərəfindən debatlara ev sahibliyi etməkdən imtina etməsini pisləyib.

Respublikaçı daha əvvəl Harrislə üç raund kampaniya debatları keçirmək istədiyini deyib. İndiyə qədər Harris yalnız ABC telekanalında sentyabrın 10-da keçiriləcək debatda iştirak etməyə razılıq verib. 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

Türkan İSGƏNDƏRLİ