Türkiyə ABŞ-ni Rusiya ilə ticarət sanksiyalarına cavab verməyə çağırdı
Türkiyənin “Vətən” partiyası Türkiyənin Rusiya ilə ticarətə görə yerli şirkətlərə qarşı sanksiyalar tətbiq edən ABŞ-ni hərəkətlərinə cavab verməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Partiyanın sədr müavini Hakan Topkurulu “Aydınlık” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Amerika tərəfi dərhal Türkiyənin Rusiya ilə ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək hüququ ilə bağlı nota verməlidir.
O xatırladıb ki, avqustun 23-də ABŞ hakimiyyəti səkkiz türk şirkətinə qarşı sanksiya tətbiq edilib.
“ABŞ Rusiyanı döyüş meydanında məğlub edə bilmədiyi üçün müxtəlif tədbirlər görməyə çalışır. Rusiyanın azad və maneəsiz ticarətini ləkələməyə çalışır”, - deyə Topkurulu qeyd edib.
Türkan İSGƏNDƏRLİ