Bəşər Əsəd Türkiyə ilə dialoqdan imtina etdi

 13:44 26.08.2024     209

Suriyadakı Bəşər Əsəd hakimiyyəti Türkiyə ilə dialoqdan imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, B.Əsəd dialoq üçün şərtlər irəli sürüb.

O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini ifadə edib.

Qeyd edək ki, daha əvvəl B.Əsədin Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyi barədə məlumat yayılmışdı.