Tramp və Harris mikrofon üstündə mübahisə etdilər

 17:27 26.08.2024     233

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris və Respublikaçı namizəd Donald Tramp arasında sentyabrın 10-na planlaşdırılan teledebatla bağlı danışıqlar dayandırılıb.

Redaktor.az xəbər verir ki, buna səbəb onlar arasında siyasətçilərin danışıq hüquqlarının rəqibinə keçərkən mikrofonlarının söndürülüb- söndürülməyəcəyi ilə bağlı mübahisə olub.

Belə ki, Tramp mikrofonun söndürülməsini istəyərkən, Harris tam əksini açıq qalmasını istəyir.

Məsələ ilə bağlı hələ də razılığa gəlinməyib.

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən