Bu ölkə Təl-Əvivə uçuşları dayandırmaq qərarını uzatdı

 17:39 26.08.2024     239

İtaliyanın hava yolu şirkəti "ITA Airways" Yaxın Şərqdəki gərginlik səbəbindən İsrailin paytaxtı Təl-Əvivə və oradan uçuşların dayandırılmasını sentyabrın 3-dək uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin özü açıqlayıb.

Açıqlamaya görə, bu addım Yaxın Şərqdəki geosiyasi hadisələrlə əlaqədar sərnişinlərin və ekipajın təhlükəsizliyini qorumaq üçün atılıb. Həmçinin bildirilib ki, şirkət Roma-Təl-Əviv və Təl-Əviv-Roma planlı gecə reyslərini sentyabrın 30-dək dayandırıb.

Türkan İSGƏNDƏRLİ