Kursk üzərində Ukraynaya məxsus 4 raket zərərsizləşdirildi

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayəti səmasında Ukrayna Silahlı Qüvvələrinin dörd raketini məhv edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib.
“Dörd Ukrayna raketi Kursk vilayətinin səmasında hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - deyə o, teleqram kanalında yazıb.
Turan İSMAYIL