Qərb ölkələri Ukrayna ilə bağlı iclasın keçirilməsini TƏLƏB ETDİ

 23:56 26.08.2024     200

Qərb ölkələri Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının çərşənbə günü, avqustun 28-də iclasının keçirilməsini tələb ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski teleqram kanalında məlumat verib.

“Təhlükəsizlik Şurasının qərbli üzvləri avqustda Ukrayna məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırmağa qərar veriblər”, - deyə daimi nümayəndənin müavini bildirib.

Onun sözlərinə görə, onlar Nyu-York vaxtı ilə saat 15:00-da görüş tələb ediblər.