Sudanda sel: 132 nəfər ölüb

Sudanda həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 132-yə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Hökumətə bağlı Payız Təcili Yardım Stansiyası məlumat yayıb.
Açıqlamada daşqınlardan zərər çəkənlərin sayı 129 min 650-yə yüksəldiyi, 12 min 420 evin tamamilə, 11 min 472 evin isə qismən dağıldığı bildirilib.
Xatırladaq ki, daşqın iyun ayından bəri ölkənin 10 əyalətini vurub.
Türkan İSGƏNDƏRLİ