Üzgüçülük hovuzunda 4 uşaq ZƏHƏRLƏNDİ
Rusiyada üzgüçülük hovuzunda 4 uşaq ağardıcı tüstüdən zəhərlənib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Laboratoriya müayinələrinin nəticələrinə görə, hovuzdakı suyun tərkibindəki xlorid göstəricilərinə görə gigiyenik normalara, otaqdakı havanın da ozonun tərkibinə uyğun gəlməyib.
3-13 yaşlı 4 uşaq valideynlərinin müşayiəti ilə Yeqoryevskdə idman-əyləncə mərkəzinin hovuzunda üzüblər. Bir anda ziyarətçilər özlərini pis hiss edilbər, bundan sonra uşaqlar xəstəxanaya yerləşdirilib və ağardıcı buxardan zəhərli zəhərlənmə diaqnozu qoyulub. Onlar daha sonra evə göndəriliblər və həyatları üçün təhlükə olmadığı bildirilib.
Sevinc İBRAHİMZADƏ