İrəvan və Tbilisi arasında qatar yolu açılır

 11:30 27.08.2024     315

Ermənistanın paytaxtı İrəvanla Gürcüstanın paytaxtı Tbilisi arasında qatar yolu açılır.

Redaktor.az xəbər verir ki, sentyabrın 3-dən qatar iki gündən-bir şəhərlər arasında hərəkət etməyə başlayacaq.

Qatar ayın tək günlərində İrəvandan, cüt günlərdə isə Tbilisidən yola düşəcək.

Qeyd edək ki, hazırda ölkələr arasında yalnız İrəvan-Batumi-İrəvan qatarı hərəkət edir.

Vumart və Güvən reklamı Vumart Güvən