Sudanın şərqində bənd çökdü: 30 nəfər ÖLDÜ
Birləşmiş Millətlər Təşkilatının Sudandakı Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi ölkənin şərqində Arbaat bəndinin çökməsi nəticəsində meydana gələn seldə 30 nəfərin həyatını itirdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Koordinasiya Ofisinin verdiyi yazılı açıqlamada Sudanın Qızıldəniz əyalətində Port Sudandan təxminən 38 kilometr şimal-qərbdə yerləşən Arbaat bəndinə güclü yağışlar nəticəsində ciddi ziyan dəydiyi bildirilib.
Yerli hakimiyyət orqanları bəndin uçması nəticəsində yaranan seldə 30 nəfərin həyatını itirdiyini təsdiqləyib.
Açıqlamada tələfat sayının daha çox ola biləcəyinə diqqət çəkilib.
Seymur BƏNNAYEV