"ABŞ üçüncü dünya ölkəsinə çevriləcək" - Tramp
Amerika məhkəmə sisteminin korrupsiyası və immiqrantların nəzarətsiz axını ABŞ-ni üçüncü dünya ölkəsinə çevirir.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp Miçiqan ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə çıxışında qeyd edib.
“Əgər bu təqib davam edərsə, heç kim ABŞ-də iş görmək istəməyəcək və biz üçüncü dünya ölkəsinə çevriləcəyik.
Trampın sözlərinə görə, Birləşmiş Ştatlar bir çox cəhətdən artıq belədir.
Sevinc İBRAHİMZADƏ