Rusiyadan "Pinterest"ə 7 milyon rubl CƏRİMƏ

 19:33 27.08.2024     230

Rusiyada məhkəmə sosial media platformalarından biri olan "Pinterest"i 7 milyon rubl (təxminən 77 min dollar) cərimələyib.

Redaktor.az xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyinin (Roskomnadzor) "Pinterest"ə qarşı qaldırdığı iddiaya paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə ölkədə qadağan olunmuş məzmuna "Pinterest" vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 7 milyon rubl cərimələyib.

Qeyd edək ki, bundan əvvəl Rusiyada analoji pozuntulara görə "Telegram", "YouTube", "Twitch", "Facebook", "Instagram" və "Wikipedia" da müxtəlif cərimələr tətbiq edilib. 

Seymur Bənnayev