Polşa Ukraynaya silah yardımını dayandırır
Polşa artıq Ukraynaya tədarük edə biləcəyi bütün silahları verib.
Redaktor.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini və Milli Müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
"Bu gün biz Ukraynaya ötürə biləcəyimiz bütün əşyaları verdik. Polşa dövlətinin təhlükəsizliyi həmişə ali məqsəddir və ölkənin bu məsələ ilə bağlı qəbul etdiyi bütün qərarlar Polşa dövlətinin təhlükəsizliyi nəzərə alınmaqla qəbul edilir. Biz bilirik ki, Ukraynanın bir çox silah növlərinə ehtiyacı var, lakin bundan sonra Ukraynaya hərbi yardım edə bilməyəcəyik”, - deyə nazir əlavə edib.
Türkan İSGƏNDƏRLİ