Bu ölkədə şagirdlərə telefon qadağa edildi
Fransa 15 yaşınadək şagirdlər üçün məktəblərdə mobil telefondan istifadəni qadağan edən qərarını sınaqdan keçirəcək.
Redaktor.az xəbər verir ki, Fransada 200-ə yaxın orta məktəb şagirdlərin məktəbə gələndə telefonlarını təhvil vermələrini tələb edən yeni sxemə qoşulacaq.
Bu addım 2018-ci ildə qəbul edilmiş qanunun növbəti mərhələsi hesab olunur, Bu mərhələdə şagirdlərə məktəblərdə telefon saxlamağa icazə veriləcək, lakin onlardan istifadə etmək qadağan olunacaq.
Bu addım uşaqların rəqəmsal cihazlara həddindən artıq məruz qalmasının onların sağlamlığına və inkişafına ciddi mənfi təsir göstərdiyi üçün atılıb.
Türkan İSGƏNDƏRLİ