4 yaşlı uşaq 3500 illik muzey eksponatını SINDIRDI
İsrailin Hayfa şəhərindəki Hecht Muzeyində bir uşaq təxminən 3500 il əvvəl, Son Tunc dövründə yaradılmış qədim gil qabı təsadüfən yerə ataraq sındırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Sky News" xəbər verir.
Dörd yaşlı uşaq anası ilə muzeyi ziyarət edərkən təsadüfən eksponatlardan birinə toxunaraq onu yerə atıb. Qədim gil qab təxminən 35 il muzeydə saxlanılıb. 3500 il əvvəl şərab və ya zeytun yağı saxlamaq üçün istifadə edilib.
Muzey rəhbərliyi uşağın ailəsindən haqq tələb etməmək qərarına gəlib. Bir neçə hissəyə parçalanan gəminin bərpa edilərək yenidən muzey salonlarında nümayiş etdirilməsi planlaşdırılır.
Sevinc İBRAHİMZADƏ