Türkiyə Rusiyanın müdafiə sistemlərini almaqdan imtina edib

Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərindən (SAM) imtina edərək Amerikadan F-16 qırıcılarının alınmasına qərar verib.
Redaktor.az xəbər verir, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb .
Məlumata görə, Rusiyadan 2,5 milyard dollara alınan və ABŞ ilə münasibətlərdə böhrana səbəb olan S-400 hava hücumundan müdafiə sistemlərinin hələ də anbarlarda saxlandığı iddia edilir. İddialara görə, bu səbəbdən Türkiyə yenidən qırıcıları ABŞ-dən alacaq.
Güman edilir ki, bu təyyarələr Yunanıstanla münasibətlərin pisləşməsi fonunda Türkiyə tərəfinə lazımdır.
Türkan İSGƏNDƏRLİ