İsrailə silah daşıyan gəmi saxlanıldı

 12:41 28.08.2024     217

Namibiya İsrailə silah aparan gəminin onun ərazi sularına və limanına daxil olmasını əngəlləyib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin “New Era” qəzeti məlumat yayıb.

Məlumata görə, Namibiyanın ədliyyə naziri Yvonne Dausab, Namibiya Liman İdarəsi də daxil olmaqla, müvafiq qurumlara İsrailə silah daşıyan “MV Kathrin” adlı gəminin ölkəyə buraxılmaması barədə göstəriş verib. Namibiyanın Fələstinlə bağlı mövqeyinin açıq olduğuna diqqət çəkən Dausab, aparılan araşdırma nəticəsində gəminin partlayıcı maddə daşıdığı məlum olub.

İsrailə silah aparan gəminin haradan gəldiyi ilə bağlı heç bir açıqlama verilməyib.

Türkan İSGƏNDƏRLİ