İranda ilk dəfə qadın hökumət sözçüsü təyin edilib

 15:55 28.08.2024     194

Fatimə Mühacirani İranın hökumət sözçüsü təyin edilib.

Redaktor.az İRNA-ya istinadla xəbər verir ki, Prezidentin təklifi və hökumətin idarə heyətinin təsdiqi ilə Fatimə Mühacirani hökumətin yeni sözçüsü təyin edilib.

O, hökumətin iclasında və prezidentin təklifi ilə təyin edilib.

Mühacirani İranda hökumət sözçüsü təyin edilən ilk qadındır.