Pavel Durovun həbs-qətimkan tədbiri başa çatdı

 17:20 28.08.2024     203

"Telegram"ın qurucusu, milyarder Pavel Durovun barəsində seçilmiş həbs-qətimkan tədbiri başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

"Durovun ilkin həbs müddəti başa çatıb", - nəşr yazıb.

AFP həmçinin "Telegram"ın yaradıcısının Parisdə məhkəmə qarşısına çıxdığını bildirib.

Qeyd edək ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib.

İş adamı "Telegram"da kiber və maliyyə cinayətləri ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunub. Durov milli kibercinayətkarlıq və fırıldaqçılıq departamentləri tərəfindən araşdırılır.

Sevinc İBRAHİMZADƏ