Polşanın 2025-ci il büdcəsinə rekord hərbi xərclər daxildir
Polşanın baş naziri Donald Tusk hökumətin ölkənin 2025-ci il büdcəsini rekord müdafiə xərcləri ilə qəbul etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz müdafiəyə rekord məbləğdə pul xərcləməyə qərar verdik. Təxminən 190 milyard zloti (təxminən 49 milyard dollar), 186 milyarddan çox”, - Tusk bildirib.
Baş nazir 2024-cü il üçün büdcənin artırıldığını, onsuz da rekord həddə çatan büdcənin olduğunu açıqlayıb.
Onun sözlərinə görə, ölkədə ÜDM artımının gələn il 3,9%, bu il isə 3,2% olacağı planlaşdırılır.
Məlumata görə, yalnız beş NATO ölkəsi (Polşa, Estoniya, ABŞ, Latviya və Yunanıstan) hazırda ÜDM-in 3%-dən çoxunu müdafiəyə xərcləyir.
Sevinc İBRAHİMZADƏ