Pentaqon bu ölkədəki dron istehsalının inkişafından narahatdır
Pentaqon Şimali Koreyanın pilotsuz texnologiyanın inkişafı ilə bağlı artan təhlükə ilə bağlı xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-nin Şimali Koreya lideri Kim Çen Inın pilotsuz uçan aparatların (PUA) istehsalını sürətləndirmək istəyi də daxil olmaqla son hadisələrə ciddi yanaşdığını vurğulayıb.
"Biz bu iddiaları nəzərə aldıq və bu təhlükəni çox ciddi qəbul edirik", - Rayder brifinqdə deyib. O, əmin edib ki, ABŞ regional müttəfiqləri ilə əməkdaşlıqda vəziyyəti diqqətlə izləyir: "Pentaqon potensial dron təhlükələrinə qarşı kollektiv müdafiəni gücləndirmək üçün Cənubi Koreya, Yaponiya və digər tərəfdaşlarla sıx koordinasiyanı davam etdirməyi planlaşdırır".
Narahatlıqlar Kim Çen Inın Şimali Koreyanın PUA-ların imkanlarını gücləndirmək və genişləndirmək üçün son göstərişlərindən qaynaqlanır.
Qeyd edək ki, avqustun 24-də Kim və Koreya İşçi Partiyasının yüksək vəzifəli şəxsləri dronların davam edən sınaqlarını müşahidə ediblər.
Sevinc İBRAHİMZADƏ