Nüvə silahları dünyanı göy cisimlərindən qoruya bilər
Çin alimləri Yer kürəsini asteroidlərdən qorumaq üçün nüvə silahlarının və ağır daşıyıcı raketlərin sürətlə inkişaf etdirilməsinə çağırıblar.
Redaktor.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Pekin Kosmik Aparat Sistemləri Mühəndisliyi İnstitutundan bir qrup Çin tədqiqatçısı bildirib ki, böyük asteroid Yerə yaxınlaşarsa, onun toqquşması ancaq nüvə silahı ilə dayandırıla bilər.
"Change-3" tədqiq edən avtomatik planetlərarası stansiyanın baş konstruktor müavini Çjan Henin sözlərinə görə, Yer kürəsinin böyük asteroidlə toqquşması riski əvvəlki göstəricilərlə müqayisədə xeyli artıb. Son məlumatlara görə, astronomlar təxminən 30 min asteroid aşkar ediblər, lakin bu, "aysberqin görünən tərəfi" ola bilər.
Çjan Hen səma cisimlərinin uçuş yolunu dəyişdirmək üçün müxtəlif üsulların effektivliyini təhlil edib. Bunlara kinetik effektlər, lazerlər və təhlükəli asteroidlərin səthində raket və ya plazma mühərriklərinin nəzəri quraşdırılması daxildir.
İndiyə qədər alimlər belə qənaətə gəliblər ki, diametri 140 metrdən çox olmayan asteroidlərdən danışırıqsa, kinetik effektlər faydalı ola bilər. Lakin təhlükəli göy cisminin mövcudluğu planetlə mümkün toqquşmadan yarım əsr əvvəl məlum olsa belə, bu üsul yalnız diametri 350 metrə qədər olan göy cisimləri üçün effektiv olacaq.
Tədqiqatçılar belə qənaətə gəliblər ki, böyük bir göy cisminin toqquşmasına bir həftədən az vaxt qalıbsa, nüvə başlıqlarının buraxılması bəşəriyyəti xilas etməyin yeganə yolu olacaq.
Sevinc İBRAHİMZADƏ