İsrail BMT-nin 212 əməkdaşını öldürüb

 11:40 29.08.2024     177

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda Birləşmiş Millətlər Təşkilatının (BMT) 212 əməkdaşı həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə UNRWA məlumat yayıb.

Məlumata görə, 1,5 milyondan çox insan köçkün düşüb. İsrailin hücumları səbəbiylə 600 min uşağın məktəbə gedə bilmədiyi vurğulanıb. İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olan can itkisi 40 mini keçib.

Türkan İSGƏNDƏRLİ