Qərbin Qafqazda təsir gücünü artırmaq cəhdləri vəziyyəti daha da mürəkkəbləşdirir - KTMT

 12:34 29.08.2024     276

“Qərbin Qafqaz regionunda təsir gücünü artırmaq cəhdləri vəziyyəti daha da mürəkkəbləşdirir”.

Redaktor.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov brifinqdə deyib.

Onun sözlərinə görə, qlobal səviyyədə mövcud olan mürəkkəb geosiyasi vəziyyət fonunda NATO regiona əlavə hərbi birləşmələr cəlb edir.

“Qərb ölkələri KTMT-nin sərhədlərinə Rusiya və onun müttəfiqləri ilə münaqişənin alovlandırılmasını şərtləndirən hədəf kimi yanaşırlar. Qərbi Avropa regionundakı mürəkkəb hərbi-siyasi vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrə əhəmiyyətli təsir göstərir. Rəsmi Kiyevin Rusiyanın Kursk vilayətindəki təxribatları gərginliyin artmasına xidmət edir. NATO Şərqdən yönələn təhlükədən qorunmaq bəhanəsi ilə təşkilatın regiondakı koalisiya qüvvələrinin sayını artırır. Ukraynaya maliyyə və hərbi dəstək, eləcə də Polşa və Baltikyanı ölkələrin hərbiləşdirilməsi istiqamətində fəaliyyət davam edir”, - deyə Andrey Serdyukov bildirib.