Türkiyə və Yunanıstan XİN rəhbərləri bir araya gəldi
Türkiyə xarici işlər naziri Hakan Fidan Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazirlər Avropa İttifaqının qeyri-rəsmi Xarici İşlər və Müdafiə Nazirləri iclasında iştirak etmək üçün getdikləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.