Tramp Harrisi keçə bilmədi
ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris amerikalılar arasında dəstək səviyyəsinə görə Respublikaçılar Partiyasının namizədi Donald Trampı dörd faizlə geridə qoyur.
Redaktor.az bu barədə Reuters agentliyi Ipsos sosioloji xidmətinin ictimai rəy sorğusunun nəticələrinə istinadən xəbər verir.
Araşdırmaya görə, respondentlərin 45%-i Harrisə, 41%-i isə Trampa səs verməyə hazırdır.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Türkan İSGƏNDƏRLİ