Bu ölkədə "KamAZ" zavodu tikiləcək
Seneqalda Rusiyanın yük maşını istehsalçısı KamAZ-ın zavodu açılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, bu barədə Afrika ölkəsinin xarici siyasət idarəsinin rəhbəri Yasin Fol Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib .
O qeyd edib ki, Rusiyadan olan investorlar Afrikanın inkişafına kömək edir.
Fol Rusiya Federasiyasından olan şirkətlərin Seneqal iqtisadiyyatının enerji, neft-qaz və qida sektorlarına sərmayə qoya biləcəyini bildirib.
Türkan İSGƏNDƏRLİ