İsrail ordusu daha 45 fələstinlini əsir götürdü

 17:12 29.08.2024     212

İordan çayının qərb sahilində "genişmiqyaslı" hücuma başlayan İsrail dünəndən bəri 45 fələstinlini nəzarətə götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Qeyd edilib ki, İsrail ordusunun dünən işğal altındakı İordan çayının qərb sahilində başlatdığı "geniş miqyaslı" hücumlarda indiyədək 17 fələstinlinin öldüyü, çox sayda insanın yaralandığı, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə məhbus olan fələstinlilərin sayı 10 min 300-ü keçib.

Türkan İSGƏNDƏRLİ