Çin Filippinə xəbərdarlıq etdi

 18:04 29.08.2024     157

Çin Filippindən Cənubi Çin dənizindəki Sianbin (Sabine) rifinin qum sahilindəki mübahisəli sulardan dəniz polisi qayığını geri çəkməyi tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sahil Mühafizə İdarəsinin rəsmi nümayəndəsi Qan Yu bildirib .

O qeyd edib ki, qayığın Sabine rifi yaxınlığındakı sularda olması “qanunsuz”dur. 

“Filippin tərəfinin avantürist hərəkətləri çox asanlıqla dənizdə və havada gözlənilməz insidentlərə səbəb olacaq. Son vaxtlar Filippin dəfələrlə dəniz polisi gəmiləri, rəsmi gəmilər və balıqçı qayıqlarından istifadə edərək təchizat daşımağa cəhd edib, lakin bütün bu cəhdlər uğursuz alınıb” dedi.

Qan Yu vurğuladı ki, Pekin Manilanın bu hərəkətlərini suverenliyin, Tərəflərin Cənubi Çin dənizində davranışı haqqında Bəyannamənin pozulması və “bölgədə sülh və sabitliyə xələl gətirən” hesab edir.

Türkan İSGƏNDƏRLİ