Çin İsrailin İordan çayının qərb sahilindəki hücumlarını pislədi

 18:31 29.08.2024     182

Çin hökuməti İsrailin İordan çayının qərb sahilindəki hücumlarını pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirilən gündəlik mətbuat konfransında bölgədəki vəziyyətlə bağlı sualı cavablandırıb. Fələstindəki vəziyyəti yaxından izlədiklərini ifadə edən sözçü Lin, Çinin gərginliyi artıran hərəkətlərə qarşı olduğunu və mülki şəxslərə qarşı hər cür hücumu pislədiyini bildirib.

Türkan İSGƏNDƏRLİ