Gənc qadın məzarda çılpaq tapıldı: Qışqırmasın deyə dili kəsilib!
Gənc qadın tətildə tanış olduğu kişi tərəfindən vəhşicəsinə qətlə yetirilib. Gənc qadının cəsədi çılpaq, dili və boğazı kəsilmiş halda, dayaz qəbirdə parçalanmış vəziyyətdə tapılıb.
Redaktor.az xəbər verir ki, Rusiyalı müəllim Zaliya Şamiqulovanın Afrika ölkəsi Mavrikidəki tətili "Tinder" vasitəsilə tanış olduğu sevgilisinin qısqanclığı səbəbindən dəhşətli ölümlə nəticələnib.
Şamiqulova cinayəti törədən 29 yaşlı mavrikiyalı mühəndis Puryavirsingh Sundur ilə tanışlıq proqramı "Tinder" vasitəsilə tanış olub.
Hüquq-mühafizə orqanlarına Qətli özünün törətdiyini etiraf edən cinayətkar gənc qadını necə bıçaqladığını və cəsədini parçaladığını danışıb.
O, qətli qısqanclıq zəminində törətdiyini iddia edib.
Seymur BƏNNAYEV