Rusiya müdafiə nazirinin keçmiş müavini HƏBS EDİLDİ

 19:32 29.08.2024     217

Xüsusilə irimiqyaslı dələduzluqda şübhəli bilinən Rusiyanın müdafiə nazirinin keçmiş müavini, ehtiyatda olan ordu generalı Pavel Popov həbs edilib.

Redaktor.az əbər verir ki, bu barədə TASS məlumat yayıb.

"İstintaqın vəsatəti təmin edilib və Popov barəsində oktyabrın 29-dək həbs qətimkan tədbiri seçilib", - hakim qərarını elan edib.

2021-2024-cü illərdə "Patriot Parkı"nın inkişafı, saxlanması və istismarına cavabdeh olan Popov əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş parkın direktoru Vyaçeslav Axmedov və Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterov ilə birlikdə bu qurumun hesabına zənginləşməkdə ittiham olunur.

Qeyd edək ki, Popov "Patriot" parkındakı oğurluqda günahını etiraf etmir.