"Durovun həbsi ilə bağlı Fransaya xəbərdarlıq edilməyib" - Reuters
"Makron və Fransa Xarici İşlər Nazirliyi Durovun planlaşdırılan həbsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib".
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Paris prokurorluğundakı mənbəyə istinadən məlumat verib.
Agentliyin sözlərinə görə, Durova da gözlənilən həbs barədə məlumat verilməyib. Mənbə əlavə olaraq agentliyə bildirib ki, Fransa prokurorluğunun apardığı araşdırmanın ABŞ-la heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, teleqramın təsisçisi Pavel Durov avqustun 24-ü Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham olunub.
Ötən gün isə Fransada istintaq hakimi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.
Seymur BƏNNAYEV