Qardaşının qolundakı izlər Narinə aid DEYİLMİŞ

 21:30 29.08.2024     237

Avqustun 21-də Türkiyənin Diyarbəkir şəhərində itkin düşən 8 yaşlı Narin Güranın qardaşının qolundakı diş izləri ilə bağlı məhkəmə tibbi ekspertizasının rəyi açıqlanıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun qolundakı diş izlərinin Narinə aid olmadığı məlum olub.

Əlavə məlumat üçün deyək ki, dünən Narinin sonuncu dəfə təhlükəsizlik kamerasına düşdüyü ərazidəki axtarış işləri davam edir.

Son hesabata görə, bölgəyə zəlzələ cihazları gətirilib. Qruplar yeraltı görüntüləmə cihazı ilə ot tayasına lazer şüası vuraraq görüntüləri araşdırıblar. Lakin hələ də Narinin izinə rast gəlinməyib.