İsraildən açıqlama: Hücumlar davam edəcək?

 22:27 29.08.2024     145

İsrail işğal altındakı İordan çayının qərb sahilindəki hücumların bir neçə gün və ya daha çox davam edə biləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, İsrail işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib. 

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında davam edən genişmiqyaslı hücumların bir neçə gün və ya daha çox davam edə biləcəyini bildirib.

İsrail ordusunun sözçüsü mayor Ella Vaweya "AA" müxbirinə İordan çayının qərb sahilinin şimalındakı qaçqın düşərgələrinə edilən hücumlarla bağlı məlumat verib.

"Əməliyyatın" təhlükəsizliklə bağlı məqsədlərə çatana qədər davam edəcəyini bildirən Vaweya deyib ki, lazım gələrsə, bir neçə gün və ya daha çox davam edəcək qarşıdurmalara şahid ola bilərik.

İsrail təhlükəsizlik mənbələri iddia edir ki, dünən başlanan "genişmiqyaslı" hücumlar İordan çayının qərb sahilində partlayıcı istehsalının artması ilə bağlıdır.

Seymur BƏNNAYEV