Pentaqon Qəzza sakinləri üçün humanitar yardımın çatdığını açıqladı

 23:53 29.08.2024     246

Qəzza zolağının sakinləri üçün humanitar yardım aparan gəmi Aşdod limanına gəlib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

“Bu həftənin əvvəlində “Cape Trinity” gəmisi Kiprdən Aşdod limanına gəldi, Qəzza zolağında humanitar yardımla konteynerlərin boşaldılması prosesi başladı", - o deyib.

Sinq bildirib ki, yüklərin boşaldılması 4-6 gün çəkəcək, bundan sonra humanitar yardım anklava gəlməyə başlayacaq.

Turan İSMAYIL