ABŞ-də dəbdəbəli şəxsi bunkerlərə tələbat artır

 23:59 29.08.2024     267

Böyük silahlı münaqişələr, yeni pandemiyalar və ya nüvə fəlakəti zamanı ABŞ vətəndaşları getdikcə daha çox şəxsi bunkerlər alırlar.

Redaktor.az xəbər verir ki, bu barədə "Fox News"a bunker istehsalçısı Atlas Survival Shelters-in direktoru Ron Habbard bildirib.

"Biznes inkişaf edir. Biz hər yerdə bunkerlər tikirik, onların dəyəri 1 milyon dollardan 20 min dollara qədər dəyişir. Bizim bunkerlərimizin çoxunun qiyməti təxminən yarım milyon dollardır, çünki müştərilərimiz varlı insanlardır".

Onun sözlərinə görə, amerikalıların az qala yarısı vətəndaş müharibəsindən qorxur.

Hubbard əlavə edib ki, gündə ən azı bir bunker satır: “İçərisində atmosfer evi xatırladır, buna görə də mən yüksək səviyyəli müştərilərlə işləyirəm, onlar anlayırlar ki, metal qutuda olmaqdan əziyyət çəkmək istəmirlər, bir növ elit bomba sığınacaq istəyirlər”.

Turan İSMAYIL