Bu ölkədə daşqınlarda ölənlərin sayı 173-ə çatdı
Sudanın 11 əyalətində yağan güclü yağışlar nəticəsində yaranan daşqınlar nəticəsində ölənlərin sayının 173-ə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, daşqınlar nəticəsində ölənlərin sayı 173-ə, yaralıların sayı isə 505-ə çatıb. 18 min 665 ev tamamilə, 14 min 947 ev isə qismən dağılıb.
Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlar zamanı daşqınlar və daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
Türkan İSGƏNDƏRLİ