Putin Lukaşenkonu ad günü münasibətilə təbrik etdi

 12:26 30.08.2024     161

Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonu ad günü münasibəti ilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunub.

Məlumata görə, Putin Lukaşenkonu Birinci çağırışlı "Endryu" ordeni ilə təltif edib.

“70 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz ölkənizin əsl vətənpərvəri, onun mənafeyini beynəlxalq aləmdə ardıcıl müdafiə edən, məlumatlı, uzaqgörən qərarlar qəbul etməyə qadir olan müdrik siyasətçi kimi yüksək nüfuz qazanmısınız”, - Putin təbrikdə bildirib.

Putin iki lider arasında inkişaf edən dostluq münasibətlərini qeyd edib və Belarus xalqının rifahı naminə dövlətin idarə olunmasında onlara uğurlar arzulayıb.

Türkan İSGƏNDƏRLİ