Ukrayna vətəndaşları yeni fırıldaqçılıq üsuluna əl atdılar

 15:22 30.08.2024     133

Ukrayna vətəndaşları uşaqları Polşada olmadığı halda, Polşa hakimiyyət orqanlarından hər uşaq üçün 800 zloti almaq kimi bir fırıldaqçılıq sxemindən istifadə edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk danışıb.

"Biz bu sui-istifadə hallarını aşkar etdik. Demək istədiyim odur ki, heç vaxt Polşada olmayan uşaqlar üçün 800 zlotidən çox pul ödənilib", - Polşa hökumətinin başçısı bildirib.

Tuskun elan edib ki, yeni qanunun qüvvəyə minməsi ilə dələduzluq edən ukraynalı valideynlər 800 zloti ödənişindən məhrum ediləcək və həmçinin 100 zloti məbləğində əlavə cərimə də veriləcək. O əlavə edib ki, bu kateqoriyadan olan ukraynalılara ödənişlərin də azaldılması planlaşdırılır.

Sevinc İBRAHİMZADƏ