"Şanşan” qasırğasında ölənlərin sayı 6-ya ÇATDI
Yaponiyada “Şanşan” qasırğası nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 110-a yüksəlib.
Redaktor.az xəbər verir ki, Yaponiyada 3 gündür şiddətli külək və yağışlara səbəb olan “Şanşan” qasırğası tədricən öz təsirini itirməyə başlayıb. Qasırğanın təsiri azaldıqca yol açdığı fəlakətlərin balansı aydınlaşmağa başlayıb.
Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, fırtına və sel nəticəsində Tokuşima və Fukuoka əyalətlərində yaşayan daha 2 nəfərin ölümü ilə ölənlərin sayı 6-ya yüksəlib.
Ölkənin müxtəlif bölgələrində, xüsusilə Miyazaki, Kaqoşima, Naqasaki, Kumamoto, Oita, Fukuoka və Saqa əyalətlərində 110 nəfərin yaralandığı açıqlanıb.
Kyuşu adasının bir çox bölgəsində daşqın və torpaq sürüşməsi baş verərib. Rəsmi orqanlar bu gün təxminən 131 min evdə elektrik enerjisinin kəsildiyini bildirib.
Seymur BƏNNAYEV