“Onun pulu olması o demək deyil ki, istədiyi hər şeyi edə bilər"

 19:20 30.08.2024     201

Braziliyada bizneslə məşğul olan hər kəs onun qanunlarına tabedir.

Redaktor.az xəbər verir ki, bunu ölkə prezidenti Luiz İnasio Lula da Silva X, Starlink Holdinq və onların sahibi İlon Maskla bağlı vəziyyəti şərh edərkən deyib.

“Braziliyaya sərmayə qoyan hər bir vətəndaş Braziliya qanunlarına və konstitusiyasına tabedir”, - deyən dövlət başçısı X-də yazıb: “Onun pulu olması o demək deyil ki, o, istədiyi hər şeyi edə bilər".

Avqustun 29-da Braziliya Federal Ali Məhkəməsi Maska məxsus Starlink Holdinqin hesablarını bloklayan qərar verib.

Sahibkar Braziliyanın SpaceX-ə məxsus Starlink sistemi ilə bağlı hərəkətlərini qanunsuz adlandırıb.

X sosial şəbəkəsi avqustun 17-də işçilərinə təhdidlər səbəbindən Braziliyadakı ofisini bağladığını elan edib.

Turan İSMAYIL