"Atəşkəs uşaqların sağlamlığını qorumaq üçün yeganə həll yoludur" - ÜST

 19:33 30.08.2024     210

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus, Qəzzada uşaqların sağlamlığını qorumaq üçün yeganə həll yolunun atəşkəs olduğunu deyib. 

Redaktor.az xəbər verir ki, ÜST-nin həftəlik mətbuat konfransında Afrikadakı meymunçiçəyi epidemiyasını şərh edən Qebreyesus deyib ki, bu il Konqo Demokratik Respublikasında 18 mindən çox meymunçiçəyi virusu hadisəsi qeydə alınıb və bununla əlaqədar 629 nəfər ölüb:

"Virusun yeni növü olan "Clade 1" ilə əlaqəli hadisə sayı bir neçə həftədir sürətlə artır və xoşbəxtlikdən, son həftələrdə nisbətən az ölüm halı qeydə alınıb".

Qebreyesus, Burundidə 258, Ruandada 4, Uqandada 4, Keniyada 2, İsveç və Taylandda isə hər birində 1 nəfərdə virusa yoluxma halı qeydə alındığını bildirib.

ÜST-nın meymunçiçəyi peyvəndlərinə çıxışı və çatdırılmasını sürətləndirmək üçün çalışdığını vurğulayan Qebreyesus təhlükəsiz və təsirli peyvəndlərə əhəmiyyət verdiklərini söyləyib.

Seymur BƏNNAYEV