Almaniya hərbçilərinin Nigerdən çıxarılmasını başa ÇATDIRDI

Almaniya hərbi kontingentinin Nigerdən çıxarılmasını başa çatdırıb.
Redaktor.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Niameydə keçirilən mərasimdə Niger ordusunun qərargah rəisi Mamane Sani Kiau və Bundesverin polkovniki Karsten Ştruss bildirib.
"Niger Respublikasının Milli Müdafiə Nazirliyi və AFR-in Müdafiə Nazirliyi Almaniya qüvvələrinin və texnikasının avqustun 30-da Nigerdən çıxarılmasının başa çatdığını və Niameydəki 101-ci aviabazasında fəaliyyətinin başa çatdığını elan edir", - Niger ordusunun qərargah rəisi bildirib.
Onun sözlərinə görə, qoşunların çıxarılması əməliyyatı Niger və Almaniya silahlı qüvvələri arasında nümunəvi koordinasiya sayəsində baş tutub.